Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qobustanda vəzifəli şəxs cərimələndi - FOTO
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Ərəbqədim kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci ( sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub.
"Qobustan" teqi üzrə xəbərlər
- "Qobustan kodları" dəyirmi masası: Arxeologiya, incəsənət və mənəviyyatın qovşağında
- 35 şirkətin rəhbəri hakim qarşısında: Dövlət müəssisələrini külli miqdarda aldatmaqda ittiham olunur
- Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Palçıq Vulkanları Kompleksinə mediatur təşkil olunub
- Qobustan şamanı: "Bəşəriyyətin taleyi Bakıda həll olunacaq"
- Qobustanda QƏTL: "Günel "boğ məni" dedi, mən də boğdum"
Rəylər