Nigar Əliyeva hazırda Ankaranın Hacettepe xəstəxanasında müalicə alan həmyerlimizdir. Bir gün əvvəl 18 yaşı tamam olub, ancaq yetkinlik yaşına çatmaqdan zövq almaq əvəzinə xərçənglə mübarizə aparır.
Media.Az xəbər verir ki, Nigar Hodgkin lenfomasından əziyyət çəkir – Bu, limfa sisteminin bədxassəli xəstəliyidir, buna Hodgkin xəstəliyi, lenfoqranulomatoz, limfa düyünlərinin xərçəngi də deyilir.
“Bilirsiniz, atamı itirəndə cəmi altı yaşım var idi. Onun ölümündən sonra anam bütün həyatını mənə və qardaşıma həsr etdi, bizim üçün əlindən gələni etdi. Yeri gəlmişkən, qardaşım indi orduda xidmət edir, ondan ötrü çox darıxıram... Narahat olmaması üçün xəstəliyimdən bəhs etməmişəm. Çox istəyirəm ki, qardaşım ordudan qayıtdıqdan sonra məni sağ-salamat görsün”, - deyə Nigar Əliyeva bildirib.
Onun sözlərinə görə, Hacettepe xəstəxanasında müalicə çox baha başa gəlir.
“Klinikaya yerləşəndən bir həftə sonra anamın pulu bitdi, həkimlər xəstəxana şöbəsini tərk etməyimizi istədilər. Ümidsiz idik, gedəcək yerimiz yox idi. Bundan əlavə, kimyaterapiya bədənimi çox zəiflətdi, anam və mən bir tərəfdən xəstəliyimə, digər tərəfdən müalicəmi davam etdirmək üçün pul çatışmazlığına görə ağır stres yaşayırıq. Əlimizdən gələn şey yalnız dua etmək idi”, - N.Əliyeva başlarına gələnləri danışıb.
View this post on InstagramQızın dediyinə görə, sanki Allah onların dualarını eşidib:
“Biz eşitdik ki, xərçəngdən sağaldıqdan sonra Koeniq Uşaqlıq Xərçəngi Fondunu açan həmyerlimiz İlana Leyla Koniq toplanan vəsaiti onkoloji xəstələrə kömək üçün yönləndirir. İlana və onun fondu ən çıxılmaz vəziyyətdə bizi dəstəklədi və dərhal xəstəxananın hesabına pul göndərdi ki, müalicəmi davam etdirim”.
Onun sözlərinə görə, həkimlər müalicənin kəsilməməli olduğunu deyirlər, amma təəssüf ki, fond hələ lazımi miqdarda pul toplamayıb.
“Həkimlərin proqnozlarına görə, müalicə üçün daha 55 min dollar tələb olunacaq. Bütün ümidimiz sizə, bədbəxtliyimizə biganə qalmayacaq insanlaradır. Ümid edirəm ki, dəstəyiniz sayəsində bu dəhşətli xəstəliyə qalib gələ biləcəyəm. Yaşamağıma kömək edin, həyatı həqiqətən sevirəm, yaşamaq istəyirəm...”, - Nigar Əliyeva səslənib.
View this post on InstagramBiganə qalmayan vətəndaşlar bu linkə girməklə pul köçürüb Nigara kömək edə bilərlər.
Bütün digər suallarınız üçün aşağıdakı elektron poçt ünvanı ilə əlaqə saxlayın: joint@thekccf.org.
"Nar Mobile" teqi üzrə xəbərlər
Digər xəbərlər