Bir neçə gün əvvəl Quba-Xınalıq yoluna böyük bir qaya parçasının düşməsindən sonra ərazidə sürüşmə aktivliyi hələ də qalmaqdadır.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları yola nəzarət etsələr də, mütəxəssislər əraziyə gələn turistlərə son dərəcə diqqətli olmağı tövsiyə edir.
Yolun 35-36-cı kilometrliyində sürüşmə daha aktivdir. Səbəb isə əraziyə yağan yağıntılardır. Mütəxəssislər yola bələd olmayan sürücülərə və zərurət olmadığı təqdirdə Xınalıq istiqamətində hərəkət etməyi tövsiyə etmirlər.