Səhiyyə Nazirliyi Qubada baş verən ana ölümünün ilkin səbəbini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya açıqlamasında bildirdiyinə görə, ölüm faktı dünən Quba Regional Perinatal Mərkəzində qeydə alınıb.
A.Qədirli deyib ki, Qusar rayonundan olan 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızı doğuşdan sonra dünyasını dəyişib. Ölümə ilkin səbəb kimi doğuşdan sonra uşaqlığın atonik qanaxması göstərilir: “Hazırda meyit təşrihə verilib və ekspertiza aparılacaq. Bütün məlumatlar Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına verilib və müvafiq araşdırma başlayacaq. Araşdırmadan sonra ana ölümünün dəqiq səbəbi və kimin günahından baş verməsi məlum olacaq”.
Qeyd edək ki, ötən gün Azərbaycanda doğuş zamanı ana ölümü qeydə alınıb.
Quba Regional Perinatal Mərkəzində doğuş zamanı Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızı dünyasını dəyişib. Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev bildirib ki, doğuşdan sonra xəstədə qanaxma yaranıb və qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatdan 16 saat sonra Z.Aslanovanın vəziyyəti yenidən pisləşib və onu xilas etmək mümkün olmayıb.
Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. İ.Mirzəliyev onu da deyib ki, bu, mərhumun 3-cü doğuşu olub.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
11:04
Azərbaycanda doğuş zamanı ana ölümü qeydə alınıb.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə ötən gün Quba Regional Perinatal Mərkəzində baş verib.
Doğuş zamanı dünyasını dəyişən şəxs Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızıdır.
Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev bildirib ki, doğuşdan sonra xəstədə qanaxma yaranıb və qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Əməliyyatdan 16 saat sonra Z.Aslanovanın vəziyyəti yenidən pisləşib və onu xilas etmək mümkün olmayıb.
Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. İ.Mirzəliyev onu da deyib ki, bu, mərhumun 3-cü doğuşu olub.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
E.Ə.
www.oxu.az