Quba rayonunun Vəlvələ kəndi ərazisində - Vəlvələçayda aparılan qazıntı zamanı ekskavatorun aşması nəticəsində suya düşən sürücünün kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, həmin şəxs 1978-ci il təvəllüdlü Qasımov Vüqardır.
Hazırda dalğıc-axtarış qrupu onun axtarışını aparır.
7 fevral, 14:12
Quba rayonunun Vəlvələ kəndi ərazisində - Vəlvələçayda aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində sürücü suya düşüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
İlhamə Əbülfət