Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qubada torpaq sürüşməsi olub, kəndin əsas yolu bir müddətlik BAĞLANIB
Quba rayonunun Güləzi kəndində bir neçə gündür ki, torpaq sürüşməsi baş verir. Torpaq qatı kəndin əsas yolunu bağlayıb.
Oxu.Az xəbər verir ki, sakinlər hadisə ilə bağlı Baku TV-yə danışıblar.
"Gördüm ki, torpaq sürüşüb, camaat yığılıb, özüm də məəttəl qaldım. Sürüşmənin niyə baş verdiyini dəqiq bilmirik", - sakinlərdən biri söyləyib.
Quba Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Səbuhi Cəfərovun sözlərinə görə, hadisənin baş verdiyi ərazidə texnika işləyir, yol təmizlənir:
"Həmin yol Güləzi kənd məktəbinə gedən yoldur. Məktəbdə 25 nəfər şagird təhsil alır. 2010-cu ildə Güləzi kəndində torpaq sürüşməsi baş verib. Aktivləşmə zonasından təxminən 1 kilometr aralıda 20-25 ailə var ki, mövsümi olaraq gəlib təsərrüfat işləri ilə məşğul olurlar".
Ətraflı süjetdə:

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.
Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır.
Qeyd edək ki, uzun illərdir Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüşməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.
