Hamburqun "Miniatur Wunderland" (Kiçik möcüzələr ölkəsi) muzeyində naməlum şəxs gözyaşardıcı qazdan istifadə edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 46 nəfər zərər çəkib, onlardan biri xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yanğınsöndürənlər muzey binasından təxminən 1000 nəfəri təxliyə ediblər.
Təxminən yarım saat sonra ziyarətçilərə yenidən muzeyə daxil olmağa icazə verilib.
Gözyaşardıcı qazdan kimin istifadə etdiyi hələ də müəyyən edilməyib. Polis nümayəndəsi qaz balonunun tapıldığını bildirib.