Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ceyhun Bayramov: "Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur"
"Bu ilin payız aylarında Bakıda Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünün təşkili nəzərdə tutulur".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu IV Antalya Diplomatik Forumunun (ADF) 2-ci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.
C.Bayramov deyib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan üçün ən önəmli qurumdur: "Bu gün "TDT: Unikal əməkdaşlıq modeli" adlı paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da iştirak etdi. Bir sıra mühüm məsələlər müzakirə olundu.
TDT bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, bu yaxınlarda Macarıstanda təşkilatın növbəti, qeyri-rəsmi zirvəsinin keçirilməsi planlaşdırılır".
"IV Antalya Diplomatik Forumu" teqi üzrə xəbərlər
- Günəşli Antalya və Ermənistanın uğursuz "güzgü" oyunu
- Zimbabve nümayəndə heyətinin üzvü: "Forum bir çox problemlərin həllini əhatə edir"
- Hakan Fidan "Baku TV"nin sualını cavablandırıb
- IV Antalya Diplomatiya Forumu başa çatıb
- Hakan Fidan: "Azərbaycanın verdiyi hər bir dəstək bizim üçün çox dəyərlidir"