Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qubada türk xalqlarının həyat tərzinə səyahət - FOTO
Qubada “ASAN Həyat” Bahar Festivalı keçirilir.
Oxu.Az xəbər verir ki, 2-19 mart tarixlərini əhatə edən festival Quba, Masallı, Şəki “ASAN Həyat” komplekslərində keçirilməyə davam edəcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağızadə festivalın məqsədinin Novruz adət-ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürmək, regionlarda bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə vermək olduğunu bildirib.
Türkdilli xalqların həyat tərzini əks etdirən festivalda türklərin qədim zamanlardan ev kimi istifadə etdikləri çadır (yurt) da diqqət çəkib.
Festivalda Novruz bayramının qeyd olunduğu ölkələr təmsil olunur.
Tağı Tağızadənin sözlərinə görə, Azərbaycanla həmin dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi prioritetdir.
Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Şahidə Mehdiyeva özbəklərin Novruzda səmənidən müalicəvi yemək hazırladıqlarını bildirib:
“Özbəkistanda əsas yeməklərdən biri sümənəkdir. Suyu çıxarılıb 24 saat ərzində saxlanılandan sonra süfrəyə verilən yemək müalicəvi və dadlıdır”.
Kəndirbaz oyunları, milli ornamentlərin sərgisi, “ABAD” məhsullarından hazırlanmış “fast-food”ların satışını həyata keçirən festival konsert proqramı ilə davam edəcək.
Nəzrin Həsənova
Rəylər