Qusar rayonunun Həzrə kəndində bədbəxt hadisə baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Regional TV verdiyi məlumata görə, Bakı şəhəri, Əhmədli qəsəbə sakini, 2012-ci il təvəllüdlü Butayeva Albina Rahim qızı Qusar rayonunun Həzrə kəndində pilləkandan yıxılaraq ağır xəsarət alıb.
O, Qusar MRX-ya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 1 yaşlı qızcığazın həyatını xilas etmək olmayıb.
Hazırda fakt araşdırılır.