Ukraynanın Xarkov şəhərində azərbaycanlılar döyülüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Seqondya” verdiyi məlumata görə, hadisə oktyabrın 19-da Xarkovun mərkəzindəki Petrovski küçəsində yerləşən “Laquna” kafe-barı yaxınlığında baş verib.
Hadisə şayidlərinin sözlərinə görə, onlar gecə saat 3 radələrində 3 nəfər yerli sakinin 5 azərbaycanlını döydüyünü görüblər.
İndi yerli sakinlər “Xarkovsayağı Biryulevo” iğtişaşlarının baş verəcəyindən ehtiyatlanırlar.
“Dostluq” Azərbaycan-Ukrayna icması isə hadisələrin bu cür inkişafını istisna edir. İcma sədri Murad Ömərov Xarkovda azərbaycanlılarla yerli sakinlər arasında heç bir problemin olmadığını bildirib.