Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.
Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, magistralın həm paytaxt istiqamətinə gələn hissəsində, həm də əks hərəkət zolaqlarında müşahidə edilir.
Tıxac Masazır qəsəbəsindən metronun 20 Yanvar stansiyasınadək ərazini əhatə edir və uzunluğu 5 kilometrə çatır. Eyni zamanda Xırdalan şəhərinə gedən istiqamətdə, Xırdalan dairəsi və ətraf yollarda da sıxlıq müşahidə edilir.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, tıxaca səbəb yolda nəqliyyatın sıx və intensiv hərəkət etməsidir. Tıxac hələ də uzanmaqda davam edir.