Oktyabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,57 dollar və ya 1,6% azalaraq 1 barelə görə 99,24 dollar təşkil edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, oktyabrın 21-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,64 dollar və ya 0,6% azalaraq 109,30 dollar olub.