Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qüvvədən düşən COP29 zolaqlarının SİYAHISI AÇIQLANDI
İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş "COP29 xüsusi hərəkət zolaqları" tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən də qeyd edilən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları sökülüb və xətlər silinir. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunur və sürücülər bu zolaqlara daxil ola bilərlər.
Oxu.Az xəbər verir ki, "APA-Economics"in sorğusuna cavab olaraq AYNA "COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yolları açıqlayıb.
Bildirilib ki, Zuğulba şosesi, Gülarə Qədirbəyova küçəsi, Hava limanı şosesi, Heydər Əliyev prospekti, Niyazi küçəsi, Bülbül prospekti, İstiqlaliyyət, Mehdi Hüseyn, Koroğlu Rəhimov küçələri, Salyan şosesi, Zığ şosesi, Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişməsinədək, Böyükşor yol qovşağının üzəri, Y.Səfərov küçəsi ilə 28 May - Ü.Hacıbəyli küçəsinin kəsişməsinədək, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi ilə Dairəvi yol-Parlament prospekti, Həsən Əliyev küçəsilə Ataturk prospekti - Əhməd Rəcəbli küçələrinin kəsişməsi, Mirzaağa Əliyev küçəsi ilə A.Şaiq küçəsi - Azərbaycan prospektinin kəsişməsi, Mikayıl Üseynov küçəsi Azneftdən Bayraq meydanı istiqamətində, Bünyad Sərdarov küçəsi, H. Seyidbəyli-İstiqlaliyyət küçələri ilə kəsişməyədək, Həsən Seyidbəyli və N. Nərimanov prospekti - B. Sərdarov küçəsi ilə kəsişməyədək, Şeyx Şamil küçəsi Mehdi Hüseyn - İstiqlaliyyat küçəsi ilə kəsişməyədək, Xocalı prospekti Yusif Səfərov küçəsi - İzzət Orucov küçəsi ilə kəsişməyədək olan hissələrdə 5.9 yol nişanları çıxarılıb və zolaqlar qüvvədən düşüb.
Hazırda yalnız 5.9 yol nişanlarının mövcud olduğu zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.
Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Bakıda bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başlayıb
- AYNA "Ukrayna dairəsi"ndə yaranan sıxlığa aydınlıq gətirdi
- Avtobuslar arasındakı interval narazılıq yaradır: "Yollarda qalırıq, nə qədər gözləyək?"
- Qəzaların tez-tez baş verdiyi prospektdə 120-dən çox işıqfor quraşdırıldı
- "Mastercard" "Bakı Taksi Xidməti", ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir
Rəylər