"Bizim ölkəmiz etnik, mədəni müxtəliflik ilə zəngindir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən "Fərqliliyin rəngi" festivalında çıxışı zamanı deyib.
O bildirib ki, bu müxtəliflik bizim gücümüzdür və möhkəm əsasımızdır:
"Bizim həyatımızın qurulması üçün iki əsas bilik sistemi var: biri elmimiz, digəri isə birliyimizdir. Bizim müxtəlifliyimiz həm elmdə, həm mənəviyyatda özünü göstərir, həm də tarixi ənənələrimizdə yaşamaqdadır".
Ramazan Əsgərli əlavə edib ki, tarixi ənənələr müasir dövrün kontekstində, indiki ictimai-mədəni şəraitdə düzgün dərk olunmasa, bu ənənələrin gənc nəslə doğru şəkildə çatdırılması təmin edilməsə, müəyyən suallar yarana bilər:
"Ona görə də bu proses çox vacibdir və ölkəmizdə, cəmiyyətimizdə ona böyük diqqət yetirilir.
Biz həmişə çalışırıq ki, birlik və həmrəylik qorunsun, dəyərlərimiz yaşadılıb gələcək nəsillərə ötürülsün" .
Aygün Mirakif