Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Regional İnkişaf” İB “Sosial layihələr” müsabiqəsində iştirak etməyə dəvət edir
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi 2019-cu il üzrə “Sosial layihələr” müsabiqəsində iştirak etməyə dəvət edir.
Bu barədə İctimai Birlik məlumat verir.
Məqsəd
Hazırda Azərbaycan dövləti tərəfindən cəmiyyətin müxtəlif sahələrini əhatə edən uğurlu islahatlar həyata keçirilir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə dövlət qurumları ilə vətəndaşlar arasında birbaşa ünsiyyətin, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində ciddi işlər aparılır, cəmiyyətimizin sosial inkişafında, o cümlədən, vətəndaş cəmiyyətinin gücləndirilməsi sahəsində zəruri qərarlar qəbul edilir.
Eyni zamanda, cəmiyyətdə hər zaman yeni ideyalar və təşəbbüslərə ehtiyac duyulur. Vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədilə cəmiyyətin sosial inkişafına yönəlmiş ideya və təşəbbüslərin irəli sürülərək həyata keçirilməsi ölkəmizin gələcək inkişafındakı müsbət meylləri gücləndirəcək.
Layihə mövzuları
Qeyd olunanlara əsaslanaraq Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi cəmiyyətin sosial inkişafı üzrə dövlət proqramlarında və beynəlxalq sənədlərdə göstərilən dayanıqlı inkişaf məqsədlərinə və hədəflərə uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
- Cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüslər;
- Elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüslər;
- Təbiətin və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər;
- Cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüslər;
- Məşğulluğun və əmək bazarında vətəndaşların rəqabət qabiliyyətinin artırılmasına, sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həllinə dair təşəbbüslər;
- Sərbəst, təhlükəsiz və dayanıqlı hərəkət və yaşayış mühitinin təmin edilməsinə dair təşəbbüslər;
- Digər sosial layihələr.
Təqdim olunan layihələr siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyət xarakterli olmamalı, Azərbaycan ərazisində həyata keçirilməsi üçün nəzərdə tutulmalı, məqsədi cəmiyyətin sosial inkişafı üzrə dövlət proqramlarında və beynəlxalq sənədlərdə göstərilən, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının “2030-cu ilədək dayanıqlı inkişaf Gündəliyi”ndə əks olunmuş dayanıqlı inkişaf məqsədlərinin ən azı birinə uyğun olmalıdır.
Müsabiqədə kimlər iştirak edə bilər?
Müsabiqədə iştirak etmək üçün Azərbaycanda dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar), ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri (kolleclər), elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları layihələr təqdim edə bilər.
Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 1 avqust 2019-cu il tarixdən etibarən elektron qaydada “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet səhifəsində (http://musabiqe.riib.az/) 20 noyabr 2019-cu il saat 18:00-dək həyata keçiriləcək. Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.
Layihələr üzrə prioritetlər
Layihələr məsul şəxsin təqdimatı, layihənin cəmiyyətin sosial inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması, regionların sosial inkişafı ilə bağlı olması, layihə çərçivəsində görüləcək işlərin reallığı, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi və maliyyə xərclərinin işlərin icrasına uyğunluğu kimi meyarlar nəzərə alınaraq qiymətləndiriləcək.
Müasir informasiya texnologiyalarının tətbiq edilməsini nəzərdə tutan, dayanıqlı resursları və texniki bacarıqları inkişaf etdirən, cəmiyyətə davamlı olaraq fayda verən layihələrə və müsabiqə iştirakçılarının layihənin icrası ilə bağlı müvafiq sahələr üzrə zəruri potensialı olan işçi heyətinə malik olmasına üstünlük veriləcək.
Layihələrin icrası zamanı şəffaflıq, dürüstlük, qanunlara riayət və ictimai maraqların üstünlüyü prinsiplərinin rəhbər tutulması zəruridir.
Layihə çərçivəsində ümumi məqsədlərə çatmaq üçün təşkilatların və insanların bir araya gələrək əməkdaşlıq etməsini görməkdən məmnun olarıq.
Əlavə məlumat almaq üçün “150” Çağrı Mərkəzinə və (012) 488 01 50, (050) 600 01 50 telefon nömrələrinə müraciət etmək olar.
E-mail: [email protected]
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"