Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vəzifəsindən gedir.
Oxu.Az xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-sı saat 09.00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Qurultayda ümumilikdə 225 nümayəndə öz iştirakını təsdiqləyib, 13 üzv isə adlarının bu seçki bülleteninə daxil olunmamasını xahiş ediblər.
Oxu.Az-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, İdarə Heyətinin 13 üzvü uzun illər Mətbuat Şurasının İdarə Heyətində təmsil olunsalar da, bu dəfə öz istəkləri ilə namizədlərin seçki bülleteninə daxil edilməmələrini xahiş ediblər.
"Mən də həmin üzvlərdən biriyəm. 2003-cü ildə Mətbuat Şurasının ilk qurultayından İdarə Heyətinin üzvüyəm və artıq 23 ildir bu vəzifəni daşıyıram. Mənim kimi uzun illər Şurada fəaliyyət göstərən digər həmkarlarım da var. Bu qərarın əsas məqsədi yeni media nümayəndələrinə, xüsusilə gənclərə yol açmaq, onların Mətbuat Şurasının fəaliyyətində daha fəal təmsil olunmalarına imkan yaratmaqdır. Yeni seçiləcək İdarə Heyətinə uğurlar arzulayıram. Sabah da iclası özüm aparacağam. Mətbuat Şurasına uzun illər xidmət etmiş İdarə Heyəti üzvlərinə də təşəkkürümü bildirirəm", - deyə R. Məcid bildirib.
Namizədliyə təqdim olunan jurnalistlər:
1. Hacıbəy Heydərli - "Azxeber.com" saytı;
2. Orxan Amaşov - AnewZ;
3. Səadət Məmmədova - ATV;
4. Nurşən Quliyev - APA;
5. Vüqar Rəhimzadə - "İki sahil" qəzeti;
6. Elşad Eyvazlı - Modern Media Qrupu;
7. Vəfa Həmzəyeva - Real TV;
8. Elmira Musazadə - CBC;
9. Seyfəddin Hüseynli - "525-ci qəzet";
10. Qalib İbrahimoğlu - "Bakivaxti.az" saytı;
11. Fərid Şahbazlı - "Editor.az" saytı;
12. Elçin Alıoğlu - "Trend" İA;
13. Anar Tahirov - "Bizim.media" saytı;
14. Hümbət Musayev - "Xalq qəzeti";
15. Aqil Camal - "Türküstan" qəzeti;
16. Ələsgər Süleymanov - "Yeni Müsavat" qəzeti;
17. Rey Kərimoğlu - "Qaziler.az" saytı;
18. Səbuhi Abbasov - "7news.az" saytı;
19. Rafail Becanov - "Cümhuriyyət" qəzeti;
20. Əli Həziquliyev - "Elçi" qəzeti;
21. Əli İbrahimov - "Xalq cəbhəsi" qəzeti;
22. Telman İsa - "Aktor.az" saytı;
23. Əli Vəliyev - "Manset.az" saytı;
24. Famil İbrahimov - "Manset.az" saytı;
25. Mübariz Göyüşlü - "Crossmedia.az" saytı;
26. Əfsələddin Ağalarov - "Azxeber.com" saytı;
27. Şakir Ağayev - "Novoye vremya" qəzeti;
28. Hafiz Heydərov - "Lent.az" saytı.
İctimaiyyət nümayəndələri olan namizədlər;
1. Vüqar Zifəroğlu - BDU, Jurnalistika fakültəsi;
2. Müşfiq Ələsgərli - Jurnalistlərin Həmkarlar İttifaqı;
3. Əminə Yusifqızı - Veteran jurnalist;
4. Bəhruz Məmmədzadə - "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyi;
5. Fərid Pərdəşünas - Technote Media Şirkəti;
6. Könül Niftəliyeva - BDU, Jurnalistika fakültəsi;
7. Ayaz Mirzəyev - "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi;
8. Azər Həsrət - Bayraqdar Media
9. Yeganə Hacıyeva - Gənc Demokratlar İnstitutu;
10. Emil Həsənli - hərbi ekspert;
11. Nadir İsmayılov - CASCFEN;
12. Xanoğlan Əhmədov - "Media və Mülki Cəmiyyət" İctimai Birliyi
13. Vüqar Oruc - Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti;
14. Niyaməddin Orduxanlı - ƏHD Partiyası;
15. Rəhim Hüseynzadə - Veteran jurnalist;
16. Zaur İbrahimli - Politoloq;
17. Qafar Çaxmaqlı - Tədqiqatçı jurnalist;
18. Şəmsiyyə Kərimova - Veteran jurnalist.
Qeyd edək ki, üzv təşkilatlar tərəfindən namizəd kimi göstərilmiş və səs toplamış Mətbuat Şurasının İdarə Heyətinin hazırkı üzvlərindən - Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Akif Aşırlı və Yadigar Məmmədli adlarının bu seçki bülleteninə daxil olunmamasını xahiş ediblər.