Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Restoran sahibi pul qazanmalıdır, bəs bizim istirahət hüququmuz?.." - ŞİKAYƏT
Paytaxtın Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən restoranların birindən gələn yüksək musiqi səsi narazılıq doğurub.
Oxu.Az xəbər verir ki, saat 23:35-də restorandan gələn çal-çağır səsinin onun istirahət hüququnu pozduğunu iddia edən vətəndaş bununla bağlı sosial şəbəkədə video paylaşaraq yazıb: "Restoran sahibi pul qazanmalıdır, amma sakinlərin də istirahət hüququ var axı".
Bəs bu halda vətəndaş nə dərəcədə haqlıdır?
Oxu.Az xatırladır ki, bu hal İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə saat 00:00-dan 7:00-a kimi səs-küy salmaq məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hesab olunur.
Məhz bu saatlarda ucadan mahnı oxumağa, qonşunu narahat edəcək səsdə musiqi alətlərində ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa və məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manata, vəzifəli şəxslər isə iki min manatdan 2 500 manat məbləğinə qədər cərimə edilirlər.
Əzizə İsmayılova
Rəylər