Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyadan Vətənə qayıdan azərbaycanlılar – Video
Rusiyanın iqtisadiyyatında önəmli yer tutan miqrantların sıxışdırılması, onların üstünlük təşkil etdiyi bazarların bağlanması və bunlar azmış kimi, cinayəti törətdiyi sübuta yetirilməmiş həmvətənimizə qarşı edilən kobud rəftarlar Rusiyadakı miqrantları əməlli başlı narahat edib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Moskva-Bakı təyyarə reysi ilə vətənə qayıdan azərbaycanlılar əsas iş yerləri olan bazarların bağlanmasından sonra vətənə qayıtmaq qərarına gəldiklərini söylədilər.
Onlar sözlərinə görə, yüzlərlə miqrant həyatlarının təhlükəsizliyi və gələcəkləri naminə bu cür qərar verməyə məcbur olub.
Həmyerlimiz Orxan Zeynalovun moskvalı Şerbakovla bağlı cinayəti və onun ardınca baş verən Biryulevo etirazları fonunda paytaxt Moskvada qeyri-ruslara qarşı təqiblər baş alıb gedir.
Rusiyada yaşayan həmvətənlərimizin sayı 2 milyona yaxındır.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı