Rusiya təyyarəsinin Misirdə qəzaya uğraması ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində xatirə dəftəri açılacaq.
Rusiyanın Azərbaycandakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, xatirə dəftərində noyabrın 2-də saat 15:00-17:00, noyabrın 3-də isə saat 10:00-12:00 və 15:00-17:00-da qeyd yazmaq mümkün olacaq.
Xatırladaq ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus təyyarə oktyabrın 31-də Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü həlak olub. Dəhşətli qəza ilə əlaqədar Rusiyada matəm elan edilib.