Rusiyada Azərbaycan vətəndaşı vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, həmin şəxs Zahir Muxtar oğlu Mirzəyevdir.
Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.
Z.Mirzəyev əslən Cəlilabad rayonundandır. O, bir müddət əvvəl işləmək üçün Rusiyaya gedibmiş.
Hazırda onun cənazəsi Azərbaycana gətirilir.