Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Rüstəm Quliyev: "İşğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC-nin 5 097 abonenti var"](https://images.oxu.az/2025/02/07/7Vxn4TGeKVbbx26by1Gc19k42ocnNQHDirfVkrR3:1200.jpg)
Rüstəm Quliyev: "İşğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC-nin 5 097 abonenti var"
"İşğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC-nin 5 097 abonenti var".
Oxu.Az-ın Şərqi Zəngəzura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Zəngilanda keçirilən brifinqdə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev deyib.
O bildirib ki, 2024-cü ilin sonuna olan nəticəyə görə, bunlardan 4 182-i əhali, 915-i isə qeyri-əhali kateqoriyasına aid abonentlərdir.
O qeyd edib ki, abonentlərin sayı mütəmadi olaraq artır.
Aləmdə Nəsib
"Azərişıq ASC" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər