Ötən gün Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının iclası keçirilib.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Sabirabad Perinetal Mərkəzində son aylarda baş vermiş ana ölümləri faktları geniş müzakirə olunub.
Müzakirələr və aparılan araşdırmalar zamanı Sabirabad Perinetal Mərkəzinin aidiyyatı şəxslərinin öz işlərində bir sıra nöqsanlara yol verdikləri aşkarlanıb və buna dair komissiya üzvləri tərəfindən yetgil qərar qəbul edilib.
Qərar əsasında Doğuşayardım Komissiyası Sabirabad Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə müraciət ünvanlayıb.
Müraciətdə qısa müddət ərzində Sabirabad Perinetal Mərkəzin direktoru V.Məmmədovun tutduğu vəzifəsindən azad edilməsinə dair müvafiq qərarın qəbul edilməsi və bu barədə Səhiyyə Nazirliyinə qısa vaxt ərzində məlumat verilməsi tövsiyə olunub.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Sabirabad Perinetal Mərkəzin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından rüşvət alması ilə bağlı video yayılmışdı.