Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Saatlıda 31 odlu silah təhvil götürülüb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində bu gün bir nəfər rayon sakini illər öncə vəfat edən babasından qalmış bir ədəd “TOZ-8M” markalı yivli silahı və bir ədəd F-1 əl qumbarasını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən biri avtomat, biri Karabin, 29-u isə ov tüfəngi olmaqla ümumilikdə 31 odlu silah təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Zaqatalada bıçaqlanma olub, saxlanılan var
- Dörd milyon manat necə ələ keçirilib? - Bıçaqlandığı deyilən sabiq prokuror müavininin də pulu gedib
- Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?
- 27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ
Rəylər