İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin HƏMAS radikal təşkilatının ölkəyə hücum etdiyi gündən (oktyabrın 7-dən) bu yana Qəzza zolağına 10 minə yaxın hava hücumu təşkil etdiyini bildirib.
Bu barədə ordunun mətbuat xidmətinin “Telegram” kanalında deyilir.
“Müharibənin əvvəlindən İsrail ordusunun əsgərlərinin rəhbərliyi altında qısa müddət ərzində qurudan təxminən 10 min hava hücumu təşkil edilib”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, İsrail əsgərləri tez bir zamanda tapşırıqları yerinə yetirərək HƏMAS-ın obyektlərini və infrastrukturunu, həmçinin komanda mərkəzlərini, tunel şaxtalarını, silah anbarlarını və s. məhv ediblər.
Mənbə: gazeta.ru
Rəylər