Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
İmişli rayonunun 21 kəndində qaz təchizatı dayandırılacaq
Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, "Otuzikilər" ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğu sərfiyyata uyğun yeni daraldıcı qurğu ilə əvəz olunacaq.
Bu məqsədlə əlaqədar olaraq, 14 may saat 10:00-dan işlər yekunlaşanadək İmişli rayonunun 21 kəndində - Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 "Məcburi köçkünlər" qəsəbəsində (ümumilikdə 10 528 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Bakının Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının ləğv edilməsi məqsədi ilə bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılır. D.Bünyadzadə, Ə.Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Həmçinin, Sabunçu rayonu, Maştağa və Bilgəh qəsəbələrindəki ortatəzyiqli yeraltı qaz kəmərində də təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən mayın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa və Bilgəh qəsəbələrində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatının (qocalar evi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sabah Salyan, Neftçala və Hacıqabul rayonlarında qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, "Əhali (Şorsulu)" ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE "Şorsulu QPS-Şorsulu kənd" ortatəzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə mayın 14-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 11 kəndində - Marışlı, Şorsulu, Seyidlər, Boranıkənd, Qızılağac, Sarvan, Dayıkənd, Alçalı, Bəydili, Seyidsadıqlı, Quyçu kəndlərində (ümumi 4 100 abonent), həmçinin Neftçala rayonunun 11 kəndində - Qaçaq, Xolqaraqaşlı, Qırmızı, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd, Xəzərkənd (ümumilikdə 2 610 abonent) kəndlərində "Şorsulu" QPS-dən qidalanan "Əhali (Şorsulu)" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin Hacıqabul rayonu Pirsaat qəsəbəsini təbii qazla təmin edən diametri 160 mm-lik PE ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Pirsaat qəsəbəsində (232 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.