Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Günəşdə çox güclü partlayış qeydə alınıb
Günəşdə X1.2 sinfindən olan partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"Mayın 13-də Moskva vaxtı ilə saat 18:38-də (Bakı vaxtı ilə 19:38 - red.) 4079 (N07W81) günəş ləkələri qrupunda rentgen diapazonunda 19 dəqiqə davam edən X1.2 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Proqnoza əsasən, mayın 13 və 14-də Günəşdə aşağı və orta səviyyəli, X sinifli partlayışlar mümkündür.
Bundan əvvəl, martın 28-də Günəşdə X1.1 sinfindən olan partlayış olub və 41 dəqiqə davam edib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.