Sabah Bakı şəhərinin Xətai rayonunda içməli su problemi yaranacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə “+110 Şərq” su anbarının 500 mm diametrli çıxış xətti üzərində KROHNE elektromaqnit tipli su sayğacı quraşdırılır.
Bununla əlaqədar sabah, yanvarın 28-də gün ərzində Xətai rayonunun M.Hadi, X.Məmmədov, Vunqtau küçələrinə və Gəncə prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.