Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Naxçıvan şəhərinin elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, 110/35/10 kV "Xalçaçılıq" yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
Bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq.
Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.