Oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lənkəran-Astara zonasında yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6, 8-13 dərəcə isti olacaq.