Aprelin 3-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir, axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın dediyinə görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.
Aprelin 3-də Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə və gündüz 0-5 dərəcə isti olacaq.