Bakı və Abşeron yarımadasında yanvarın 22-dən 23-nə keçən gecə bəzi yerlərdə çiskin, səhər saatlarında duman olacağı, havanın gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam isə tutulacağı gözlənilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 7-12 dərəcə isti olacaq.
Yanvarın 23-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam Naxçıvan MR-də zəif qar yağacağı, Masallı-Lənkəran-Astara zonasında isə az yağıntı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.