“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində kadr təyinatı olub.
Oxu.Az-ın məlumatına görə, Saleh Abdullayev qurumun Mingəçevir Regional Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bundan əvvəl bu vəzifəni Saqif Ələkbərov yerinə yetirib.
Qeyd edək ki, Saleh Abdullayev “Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışıb.
Bir neçə il əvvəl vəzifəsindən azad edilmişdi.
S.Abdullayev çalışdığı müddətdə “Tərəqqi” medalına, eyni zamanda, MDB ölkələrinin təsis etdiyi “Əməkdar energetik” fəxri adına layiq görülüb.
İlhamə Əbülfət