Sabirabad rayonunun Xankeçən kəndində “Mercedes” markalı minik avtomobili aşıb.
Oxu.Az-ın məlumatına görə, qəza nəticəsində 1984- cü il təvəllüdlü Sabirabad şəhər sakini Fərzəliyev Saməddin İbrahim oğlu ölüb.
1964-cü il təvəllüdlü Əhmədova Xatirə Aslan qızı və 1968-ci il təvəllüdlü Əhmədova Sevda Zakir qızı isə xəsarət alıb.
Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.