Sabirabad rayonunda azyaşlı faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Sabirabad rayonunun Qəfərli kəndində azyaşlı Nuranə Mahmudova elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
İlkin ehtimala görə hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırmalar başlayıb.