Sabirabadda yaşyarımlıq uşağın üstünə qaynar su tökülüb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad şəhəri, N.Nərimanov küçəsində yaşayan, 2018-ci il təvəllüdlü Özgür Əhmədov valideynlərinin gözündən yayınaraq çaydanı aşırıb.
Nəticədə üstünə qaynar su tökülən uşaq yanıq xəsarətləri alıb.
Azyaşlı yaxınları tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.