Şabran rayonunda çaydan tapılan meyitin kimliyi məlum olub.
“Report”un Şimal bürosunun məlumatına görə, meyiti tapılan şəxsin Quba rayon sakini - 2000-ci il təvəllüdlü Rafail Novruz oğlu Ramazanov olduğu müəyyən edilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.
12:00
Şabran rayonunda təxmini 20-25 yaşlı naməlum kişi meyiti tapılıb.
“Report”un Şimal bürosunun məlumatına görə, meyit rayon ərazisindən keçən Şabrançayda aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.