Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şabranda kanalda qadın meyiti aşkarlanıb
Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.
"Report"un məlumatına görə, kanalın dəmir barmaqlıqlarına ilişmiş meyiti suyun səviyyəsi yüksək olduğu üçün hələ ki sudan çıxartmaq mümkün olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Suda aşkarlanmış meyitin kimliyi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
"Şabran rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar