Şabranın Gəndov kəndində illərdir davam edən su problemi sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə müraciət edən kənd sakinləri yaşayış məntəqəsinin bir hissəsində uzun illərdir içməli su çatışmazlığı yaşandığını bildiriblər.
Şabranda kənd əhalisi niyə susuz qalıb? - VİDEO
Təxminən 800 təsərrüfatın və 3 min 300 nəfər əhalinin olduğu kənddə problem xüsusilə yay aylarında daha da kəskinləşir. Sakinlərin sözlərinə görə, kəndə içməli su xətləri hələ 1970-ci illərdə çəkilib. Lakin zaman keçdikcə borular istismar müddətini başa vurduğundan kəndin böyük bir hissəsi içməli sudan məhrum qalıb.
Qaynar xətt:
(055) 224 12 12