Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şabranda yerləşən tarixi kilsə məhv olmaq üzrədir - FOTO
Şabran rayonunun Kilvar kəndində yerləşən tarixi Alban kilsəsi məhv olmaq üzrədir.
Oxu.Az xəbər verir ki, məşhur jurnalist Həmid Həmidovun sosial şəbəkədə etdiyi paylaşımdan bunu əyani şəkildə görmək mümkündür.
Kilsənin son vəziyyəti onu deməyə əsas verir ki, Mədəniyyət Nazirliyinin ümumiyyətlə belə bir tarixi-dini abidənin mövcudluğundan xəbəri yoxdur.
Tarixi abidənin ətrafı hasara alınmayıb, tikilinin tarixi əhəmiyyəti barədə məlumat verə biləcək lövhəsi mövcud deyil.
Görünür kilsənin son vəziyyəti yerli əhalini də narahat etmir. Belə ki, kilsənin yaxınlığında mal-qara üçün tövlə tikilib.
Bir sözlə, yalnız onu deyə bilərik ki, tarixi abidə tarixin ümidinə qalıb.
"Həmid Həmidov" teqi üzrə xəbərlər
- Həmid Həmidovla "Danışaq?": Əlixan Rəcəbov kino və erkən nikahlar haqqında
- "Danışaq?" layihəsinin növbəti qonağı oftalmoloq olub
- Həmid Həmidovla "Danışaq?" layihəsinin növbəti qonağı dünyaca məşhur caz ifaçısı Əzizə Mustafazadə
- Ulduz pasportu, qadınlar üçün "pikap": Həmid Həmidovla "Danışaq?"
- Həmid Həmidovla "Danışaq?": Rüfət Quliyev tramvaylar və tıxaclar haqqında
Rəylər