Bakıda yanğın olub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Ümumi sahəsi 80 m² olan kürsülü bir mərtəbəli dörd otaqlı evin bir otağının tavanı 35 m² sahədə və içərisindəki ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.