Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sağlamlığımızı süni intellektə etibar edə bilərik?
Son zamanlar cəmiyyətdə maraqlı bir tendensiya müşahidə olunur. Belə ki, vətəndaşlar səhhətində problem yarandıqda, həkimə müraciət etmək əvəzinə suallarını "ChatGPT" kimi süni intellekt əsaslı rəqəmsal köməkçilərə ünvanlayırlar.
Sağlamlığımızı bu kimi vasitələrə etibar etmək nə dərəcədə doğrudur?
Oxu.Az ATV-yə istinadən xəbər verir ki, Tibb elmləri doktoru Adil Qeybulla məsələ ilə bağlı bildirib ki, bəzi insanlar həkimə getməkdən çəkinərək, bu cür texnologiyalardan istifadə edirlər. Lakin bu yanaşma bəzən xəstəliyin vaxtında aşkarlanmasına mane olur və nəticədə daha ciddi problemlərə yol aça bilər.
Mütəxəssislər vətəndaşları diqqətli olmağa çağırır və tibbi suallarla bağlı yalnız ixtisaslı həkimlərə müraciət etməyi tövsiyə edirlər.
Ətraflı süjetdə:

"Sağlam həyat tərzi" teqi üzrə xəbərlər
- ÜST-nin Azərbaycandakı nümayəndəliyi media təmsilçiləri ilə bir araya gəldi
- Zəngilanda 150 nəfərdən çox sakin tibbi müayinədən keçirildi
- Nikahsız analar, sənədsiz uşaqlar: Gənclər qeyri-rəsmi yaşamağı niyə üstün tuturlar? - PROBLEM
- Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir?
- FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət etdi