Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sahibkarlardan elektrik sayğacı üçün daha çox pul TƏLƏB OLUNUR? - AÇIQLAMA
Vətəndaşlar və sahibkarlıqla məşğul olanlar yaşadıqları mənzildə, eləcə də obyektlərdə sayğacların quraşdırılması ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər.
Elektrik enerjisindən istifadə etmək istəyən qeyri-əhali qrupuna aid istehlakçılar sayğacların quraşdırılması zamanı onlardan daha çox pul - hətta 1200 manat tələb olunduğunu iddia edirlər.
Bu il yanvar ayının 1-nə olan məlumata əsasən, Naxçıvan istisna olmaqla, ölkədə elektrik enerjisindən istifadə edən qeyri-əhali qrupuna aid istehlakçıların sayı 186 504 nəfərdir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, sayğacın quraşdırılması üçün “ASAN xidmət”ə müraciət olunur:
“Rüsum Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşir. Yəni tarif abonentin istədiyi kilovata uyğun olaraq dəyişir və “ASAN kommunal”da icra olunur”.
O, bunun üçün “Azərişıq” ASC-nin saytında onlayn hesablayıcının olduğunu da qeyd edib:
“Əhali üçün də fərqi yoxdur, eyni qayda tətbiq olunur. Amma əhalinin çox hissəsinin istifadə etdiyi, ayrılan standart enerjinin rüsumu 160 AZN-dir. Sayğac pulsuzdur, bu da sayğacın yox, ayrılan kilovatın puludur”.
"ASAN xidmət" teqi üzrə xəbərlər
- "Greentech Solutions", BP və tərəfdaşları Azərbaycanda ESG sahəsində ilkə imza atdılar
- Tahir Gözel Afrika Kontinental Azad Ticarət Zonasının baş katibi ilə görüşüb
- Doğum şəhadətnaməsindəki səhvləri necə düzəltmək olar? - Detallar AÇIQLANDI
- Mehdi Cavadov: "Çağrı mərkəzinə daxil olan müraciətlərin 15 faizini səsli botlar cavablandıracaq"
- Ülvi Mehdiyev: "On və daha çox ölkə Azərbaycana "ASAN xidmət" modeli ilə bağlı sorğu göndərib"