Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sakinlərin DİQQƏTİNƏ: Bakının bir sıra ərazilərində qaz olmayacaq
Bu gün Bakının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunun İbrahim Paşa Dadaşov və Cəfər Xəndan küçələrində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması məqsədilə saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Azadlıq, S.S.Axundov, İ.P. Dadaşov, C.Xəndan küçələrinin, "Union Park" yaşayış kompleksinin, 7-ci mikrorayonun bir hissəsinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz İstehsalat Birliyi" teqi üzrə xəbərlər
- Əli Məsimli: "İstilik və su kimi sahələrdə xərclər əhaliyə satdığımız qədərdən xeyli çoxdur"
- İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?
- Bakıda bir neçə küçədə qazın verilişi dayandırıldı - SƏBƏB
- "Qaz təchizatı haqqında" Qanun sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq
- Lökbatan qəsəbəsində qaz olmayacaq