Sabirabad rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 16-da saat 09:00-dan etibarən işlər yekunlaşanadək Sabirabad şəhərinin bir neçə küçəsinin, eləcə də rayonun Əsgərbəyli, Qasımbəyli, Muradbəyli, Qalaqayın və Yuxarı Axtaçı kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12