Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ərazisində "Qaz İxrac" İdarəsinə məxsus magistral qaz kəmərləri üzərində aparılacaq təmir-quraşdırma işləri və Nəsimi rayonunun Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 24.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin, Binə və Qala qəsəbələrinin, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinin, Nəsimi rayonu üzrə isə Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz İstehsalat Birliyi" teqi üzrə xəbərlər
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Biləcərinin bir hissəsində qaz olmayacaq
- Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq
- Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
- Texniki müayinələrə şərait yaratmayan abonentləri nə gözləyir? - "Azəriqaz" rəsmisi aydınlıq gətirdi