Cəlilabad rayonunun bir sıra kəndlərində, eləcə də şəhərin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 17-də saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttarxan-3 və N.Tusi küçələrinin, həmçinin rayonun Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qurum abonentlərdən yaranacaq narahatlığı nəzərə almalarını xahiş edib.