Şamaxıda 14 yaşlı qızın hansı həşəratın sancması nəticəsində öldüyü məlum olub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Quşçu kənd sakini, 2002-ci il təvəllüdlü Ruqiyyə Adıgözəlovanı avqustun 1-də yaşadığı evdə qara qurd sancıb.
Yaxınları onu əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, vəziyyəti pisləşdiyindən Bakıdakı 1 saylı şəhər klinik xəstəxanasına gətiriblər. Lakin artıq gec olub. 14 yaşlı Ruqiyyə güclü zəhərlənmənin yaratdığı ürək və tənəffüs çatışmazlığından vəfat edib.
Qeyd edək ki, mütəxəssislər bildirir ki, qara qurd adlanan hörümçəklər ölkəmizdə son 10 ildə yayılmağa başlayıb və Azərbaycana Orta Asiyadan gəlib. Onların zəhəri gürzəninkindən də bir neçə dəfə güclüdür. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə, o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var.
12:17
Şamaxı rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, rayonun Quşçu kənd sakini, 14 yaşlı Ruqiyə Adıgözəlovanı zəhərli həşərat sancıb.
R.Adıgözəlova Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkimlərin səylərinə baxmayaraq, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az