Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün 11:00 radələrində şəhərin avtovağzal dairəsində qeydə alınıb.
Bakı istiqamətində olan Şamaxı şəhər sakini İsmayılov İlkin Vasif oğlunun idarə etdiyi yük avtomobili dairədə hərəkətdə olan minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1974-cü il təvəllüdlü Şamaxı rayon Göylər kənd sakini Bayramov Səyyad Adil oğlu ağır bədən xəsarətləri alıb.
O, Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Aydın