Abşeron rayonunun Saray qəsəbəsində avtomobil yanıb.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar görüntülər sosial mediada yayılıb.
Sözügedən görüntünü təqdim edirik:
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb:
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının bilavasitə yaxınlıqda yerləşən obyektə və kommunikasiya xətlərinə keçməsinin qarşısı alınıb".